Bakı. Trend:
Hesabat dövründə imtiyazlı şəxslərə ümumilikdə 800 mənzilverilib.
Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, 2024-cü il ərzində növbədə olanimtiyazlı şəxslərdən 93 nəfər avtomobillə təmin olunub.
Sosial müdafiəyə daha çox ehtiyacı olan 2 134 nəfər əlilliyiolan şəxsə reabilitasiya və sosial-məişət problemlərinin həllinəköməklik məqsədilə birdəfəlik maddi yardım verilib.
Həmçinin 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar 75nəfər 20 Yanvar şəhidinin ailəsi və 1990-cı ilin 20 Yanvarhadisələri ilə əlaqədar 243 nəfər əlilliyi olan şəxs olmaqla,ümumilikdə 318 nəfərə, Çernobıl AES-də qəzanın 38-ci ildönümü iləəlaqədar sosial müdafiəyə daha çox ehtiyacı olan 500 nəfər əlilliyiolan şəxsə birdəfəlik pul yardımı verilib.
2024-cü ildə ölkəyə repatriasiya edilmiş Azərbaycan vətəndaşlarıolan 46 qadın və uşağa (40-ı Suriyadan, 2-si İraqdan, 4-üTürkiyədən), ümumilikdə isə 190 ailədə 544 şəxsə sosialreabilitasiyası xidmətləri göstərilib.