AZ

Regionlarda kommunal xidmətlər sahəsində görülən işlər açıqlanıb

Bakı. Trend:

Hesabat dövründə regionlarda meşə fondu ərazilərində 4,1milyondan çox ağac əkilib, 7,5 min ha sahədə meşəsalma və meşəbərpaişləri yerinə yetirilib. Qeyri-meşə fondu torpaqlarındayaşıllıqların salınması, bərpası, becərilməsi istiqamətində 202mindən çox (regionlarda 103 minə yaxın) müxtəlif növ ağac və kollarəkilib. Xəzər dənizi və ölkənin daxili su hövzələrində su biolojiresurslarının artırılması sahəsində işlər davam etdirilib, 5,8 mln.balıq körpəsi su hövzələrinə buraxılıb.

Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, il ərzində ölkə üzrə 460,2 km, ocümlədən regionlarda 375,9 km respublika və yerli əhəmiyyətliavtomobil yolu tikilib və əsaslı təmir olunub, 469,6 km dəmir yoluxətti yenidən qurulub, 168 dəmir yolu tuneli və ya körpüsü tikilibvə ya əsaslı təmir olunub.

İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədiləhesabat ilində 3,9 min km (regionlarda 2,9 min km) fiber-optikkabel çəkilib, regionlarda ATS-lərin nömrə tutumu 876 min ədədartırılıb.

Hesabat dövründə 4,7 min km (regionlarda 3.8 min km) elektrikxətləri çəkilib və ya əsaslı təmir edilib. 403 komplekttransformator məntəqəsi (regionlarda 346), 47 güc transformatoru(regionlarda 10) quraşdırılmış və ya əsaslı təmir olunmuş, 9elektrik stansiyası (hamısı regionlarda) və 12 yarımstansiya(regionlarda 8) tikilmiş və ya əsaslı təmir edilmişdir.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması vəgenişləndirilməsi istiqamətində ölkə üzrə 702,1 km (regionlarda606,8 km) təbii qaz xətti çəkilib və ya bərpa olunub. Nəticədə 31rayon və şəhərdə 18 yaşayış məntəqəsi və 24 yaşayış massivi təbiiqazla təmin olunub, ölkə üzrə təbii qazla əhatə dairəsinin təchizatsəviyyəsi (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) 96,5%-ə, regionlar üzrə 94,5 %-ə çatıb.

Əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərininyaxşılaşdırılması istiqamətində ölkə üzrə 232,6 km (regionlarda188,7 km) su, 139,6 km (regionlarda 130,5 km) kanalizasiya xətləriçəkilib, 4 ədəd (regionlarda 3 ədəd) su nasos stansiyası inşaedilib, 13 ədəd (regionlarda 10 ədəd) su anbarı tikilib və yayenidən qurulub.

Kənd təsərrüfatı torpaqlarında 118 min pm kollektor-drenajşəbəkəsinin, 242 min pm suvarma kanallarının tikintisi və bərpasıhəyata keçirilib, habelə 11 min ha torpağın su təminatıyaxşılaşdırılıb.

Seçilən
1
az.trend.az

1Mənbələr