Almaniyanın xarici işlər naziri Annalena Barbok Bakı və İrəvan arasında danışıqlardakı irəliləyişləri alqışlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə o, özünün X sosial şəbəkəsində yazıb.
Berbok bildirib ki, Ermənistanla Azərbaycan arasında davamlı sülh uzun illik münaqişədən sonra reallığa çevrilib.
“Almaniya Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətni üzrə danışıqların başa çatması barədə elanını alqışlayır. Onilliklərlə davam edən müharibədən sonra davamlı sülh reallığa çevrilib, bu, təkcə region üçün deyil, ondan kənarda da vacibdir”, – Berbok vurğulayıb.
Xatırladaq ki, dünən İrəvan və Bakı sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar. Tərəflərin razılaşa bildiyi son iki məqam ümumi sərhəddə üçüncü dövlətlərin qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı şəkildə rədd edilməsi ilə bağlı olub.
Müşviq Tofiqoğlu
KONKRET.az