1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın "Lokomotiv Moskva" klubu "Zirə"nin futbolçusu Salifu Sumanın transferi üçün 800 min avro ödəməyə hazırdır.
Oxu.Az xəbər verir ki, Rusiya klubunun rəsmiləri Salifi Suma ilə danışıqlara başlamaq niyyətindədirlər.
"Zirə" tərəfi də keçidə razılıq verəcəyi təqdirdə, tərəflər masa arxasına əyləşəcəklər.
Qeyd edək ki, Salifi Suma üçün daha öncə Türkiyə klubları da təklif göndərsələr də, "Zirə" keçidə icazə verməmişdi.