AZ

İsrailin Baş naziri: Fələstinlilərin Qəzzadan deportasiyasına qarşıyam

"Mən fələstinlilərin Qəzzadan deportasiyasına qarşıyam. Çünki bu, həm fundamental olaraq vacib bir mövqedir, həm də Qəzzada yaşamaq Fələstin xalqının hüququdur".

APA-nın məlumatına görə, bu fikirləri İsrailin sabiq Baş naziri Ehud Olmert XII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan "Sülhə doğru" adlı paneldə deyib.

Bununla yanaşı o, məsələ ətrafında İsrail hökumətində yekdil mövqenin olmadığını vurğulayıb:

"İsrail və Fələstin arasındakı münaqişə 7 aprel tarixindəki hücumla başladı. Bunu bağışlamaq olmaz. O vaxt bir sıra liderlər bəyanat verdi, İsrailin bu hücuma cavab tədbirləri görmək hüququ var. HAMAS silahlıları Qəzzada gizlənərək yüzlərlə insanları qətlə yetirdi və bu da ciddi böhranla nəticələndi. Həmin hadisələr nəticəsində 200-dən artıq soydaşımız qətlə yetirildi. Gəlin təsəvvür edək ki, biz HAMAS-a qalib gəldik. Bu təşkilat olmasa belə Qəzzada 2 milyon, İordan çayının Qərb sahilində 3 milyon fələstinli var. Biz onlarla necə dil tapmalıyıq? Bu məsələ ətrafında İsrail hökumətində yekdil mövqe yoxdur. Əsas məqsəd ondan ibarətdir ki, bütün girovlar geri qaytarılsın. Qəzzada baş verənlər nəticəsində bir çox fələstinli də həyatını itirdi. Biz Qəzzada fələstinlilərin yaşamasını istəyirik. Məsələn, uzun illər əvvəl Ariel Şaron onları bölgədən kənarlaşdırmaq istəyirdi. Biz düşünürük ki, Ərəb Liqası Dövlətləri münaqişə ilə bağlı əldə olunacaq razılaşmaya öz dəstəyini versin".

Seçilən
3
2
apa.az

3Mənbələr