AZ

ƏN evliliyə görə köçkün sayılmamış qadınların boşanarkən müavinətinin bərpasını dəstəkləyib

Ədliyyə Nazirliyi məcburi köçkün olmuş qadınların boşandıqdan sonra hüquqlarının bərpasına maneə olan müddəanın ləğvi üçün Konstitusiya Məhkəməsinə məktub ünvanlayıb.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, məcburi köçkün statusu olan qadınların məcburi köçkün statusu olmayan ərindən boşanmasından sonra onun məcburi köçkün statusunun bərpa edilməsi üçün Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na yeni bəndin əlavə olunması təklif edilib.

Qaydanın 2.4-cü bəndinə görə qadınlar məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getdikdə, həmçinin sonradan boşandıqda onlar məcburi köçkün statusunu, habelə həmin şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətdən istifadə hüquqlarını itirirlər. Lakin bu hal ailə vəziyyətini dəyişən kişilərə münasibətdə nəzərdə tutulmayıb.

Nəzərə çatdırılıb ki, məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə çoxsaylı şikayətlər daxil olub. Həmin şikayətlərin tam araşdırılması və sözügedən bəndin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğunluğunun müəyyən edilməsi məqsədilə Ədliyyə Nazirliyindən müvafiq məsələyə dair mülahizələrin təqdim edilməsi xahiş olunub. Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanan 2024-cü il 18 noyabr tarixli məktubda Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələblərinə zidd olduğundan Qaydanın 2.4-cü bəndinin ləğv edilməsi təklif olunub.

Seçilən
2
apa.az

1Mənbələr