AZ

2024-cü ildə məcburi köçkünlərin kommunal ödənişləri üçün büdcədən 19 milyon manatadək vəsait xərclənib

Bakı. Trend:

Ölkə ərazisində ictimai və inzibati binalarda məskunlaşmışməcburi köçkünlər tərəfindən istifadə edilən içməli su, təbii qazvə elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab sularınaxıdılması və məişət tullantılarının daşınmasına görə il ərzindədövlət büdcəsindən ümumilikdə 18925,8 min manatvəsait kommunal xidmət təşkilatlarının hesabına köçürülüb.

Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, sıx məskunlaşma obyektlərində və mövcudməcburi köçkün qəsəbələrində elektrik enerjisi verilişinin vəiçməli su təminatının dayanıqlığının təmin edilməsi məqsədiləqabaqlayıcı tədbir olaraq 2024-cü ildə 8119,8 mln.manat dəyərində 122 dəst kabinəli transformator, 634 dəstartezian nasosu, 151.8 min metr müxtəlif markalı kabel və naqil, 2ədəd ayırıcı-avtomat alınaraq tələbat yerlərinə çatdırılıb,həmçinin zəruri inzibati binalara 1850 reys su (19,5 min ton)daşınıb.

2024-cü ildə məcburi köçkünlərin məişət problemlərinin həlliməqsədilə 2853,8 min manat məbləğində vəsaithesabına onların məskunlaşdıqları 101 obyekt üzrə 31,9 min kv.metryumşaq, 45,5 min kv.metr isə rəngli metal dam örtüyü dəyişdirilib,ağır şəraitdə yaşayan 6 ailənin, baş vermiş yanğın nəticəsindəyararsız hala düşmüş 8 ailənin mənzilində təmir işləri həyatakeçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinin balansında olan qəsəbə və yaşayış komplekslərindəhesabat ilində 374 mənzil və ya fərdi ev təmir edilib, aztəminatlıməcburi köçkün ailələrinə il ərzində 12,4 min ədəd yataq dəsti,məcburi köçkün ailələrinin övladlarına müəyyən yaş qrupları üzrə7,4 min dəst məktəbli forması və 9,4 min ədəd üst qış geyimipaylanılıb.

Seçilən
2
az.trend.az

1Mənbələr