AZ

Ötən il Azərbaycana ekstradisiya olunan və ölkədən ekstradisiya edilənlərin sayı açıqlanıb

Azərbaycana ekstradisiya olunan və ölkədən ekstradisiya edilənlərin sayı açıqlanıb.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Ötən il ümumilikdə 51 şəxsin Azərbaycan Respublikasına ekstradisiya olunması təmin edilib. 2024-cü il ərzində Kolumbiyadan 1, Rusiyadan 36, Gürcüstandan 7, Polşadan 1, Almaniyadan 2, Qazaxıstandan 2, Macarıstandan 1, Belarusdan 1 şəxs olmaqla (ümumilikdə 51 nəfər), Azərbaycana ekstradisiya olunması təmin edilib.

Ötən il Azərbaycan isə 31 nəfəri ekstradisiya edib. Omana 1, Rusiyaya 4, Özbəkistana 9, Tacikistana 2, Qazaxıstana 3, Türkmənistana 1, Pakistana 2, İrana 1, Türkiyəyə 3, Lüksemburqa 1, Rumıniyaya 1, Gürcüstana 1, Avstriyaya 1 və Almaniyaya 1 nəfər olmaqla, cəmi 31 şəxsin Azərbaycan Respublikasından ekstradisiyası təmin olunub.

Seçilən
1
apa.az

1Mənbələr