Bakı. Trend:
Ölkə üzrə 2024-cü il ərzində satılan 16.5 mlrd. kubmetr təbiiqazın 13.7 mlrd. kubmetri, 196.3 min ton maye qazın isə hamısıdaxili bazara yönəldilib, bundan əhali istehlakçılarına isə 3,9mlrd. kubmetr təbii qaz verilib.
Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, qaz ixracı 2,8 mlrd. kubmetr təşkiledib. Tələbata uyğun olaraq Naxçıvan Muxtar Respublikası 284,4 mln.kubmetr təbii qazla təmin olunub. 2024-cü ildə itkilər 10,4 %təşkil edib.
667 km müxtəlif diametrli yeni boru xətləri çəkilib, 326 kmuzunluğunda qaz xətləri isə əsaslı təmir olunub.
Payız-qış mövsümündə istehlakçıların fasiləsiz qaz təminatıməqsədilə yeraltı qaz anbarlarına 1,8 mlrd. kubmetrə yaxın təbiiqaz vurularaq 2,9 mlrd. kubmetrdən çox qaz ehtiyatı yaradılıb.Yeraltı qaz anbarlarının daha səmərəli istismarı və aktiv qazhəcmlərinin 3,5 mlrd. kubmetrə çatdırılması üçün yeni layihələrüzərində işlər davam etdirilib.
Hesabat ilində də “Azəriqaz” İB üzrə istehlakçıların sayıartaraq 2657,5 min təşkil edib ki, bundan 2612,2 mini əhaliistehlakçıları, 45,3 mini isə qeyri-əhali istehlakçıları olub.