AZ

Dövlət büdcəsindən elm və təhsilə ayrılan xərclər artıb

Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb.

TƏHSİL.BİZ  xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. 

Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsindən təhsil xərclərinə 4,55 milyard manat ayrılıb ki, bu da əvvəlki ilin icra göstəricisi ilə müqayisədə 426 milyon manat və ya 10,3% çoxdur.2024-cü ilin dövlət büdcəsində elmin maliyyələşdirilməsi üçün 236,1 milyon manat (2023-cü illə müqayisədə 42,5 milyon manat və ya 22% çox) məbləğində vəsait nəzərdə tutulub.

Seçilən
15
tehsil.biz

1Mənbələr