AZ

Baş nazir: COP29 və Azərbaycanın D-8-ə üzv seçilməsi ölkəmizin artan nüfuzundan xəbər verir

“Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü ildə ölkəmizin həyatında mühüm hadisələrdən biri dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən olan COP29-un keçirilməsi oldu.

APA-nın xəbərinə görə, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatını təqdimatı zamanı Baş nazir Əli Əsədov bildirib.

“80 ölkənin dövlət və hökumət başçılarının bu beynəlxalq tədbirdə iştirakı və müstəsna önəm daşıyan qərarların qəbul edilməsi Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha bütün dünyaya nümayiş etdirdi. 2024-cü il həm də müstəqillik tariximizdə növbəti əlamətdar diplomatik hadisə ilə yadda qaldı. Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçildi. Təbii ki, bu, beynəlxalq aləmdə ölkəmizin artan nüfuzundan xəbər verir”, - deyə Baş nazir bildirib.

Seçilən
14
1
apa.az

2Mənbələr