AZ

2024-cü ildə 20 milyon manatadək istilik enerjisi xidmətləri göstərilib

Bakı. Trend:

Hesabat dövründə 1396,5 min Qkal istilik enerjisi istehsaledilib, topdansatış qaydası ilə “Azərenerji” ASC-nin İstilikElektrik Mərkəzindən 138,3 min Qkal istilik alınıb.

Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, istilik enerjisinin 99,6 %-i qazyanacağı, 0,2 %-i elektrik enerjisi və 0,2 %-i dizel yanacağıistifadə edilməklə istehsal edilib.

İstilik itkiləri 13,2 %, qazın xüsusi sərfiyyatı 0,2 m³/Qkalazalaraq əvvəlki illə müqayisədə 140,2 m³/Qkal təşkil edib.

İstilik enerjisindən 4,6 min Qkal və ya ümumi istehsalın 0,3 %-iŞuşa şəhərində yeni tikilən qazanxanalarda istehsal edilib ki,ondan 1,6 min Qkal və 35,6% dizel yanacağı, 3 min Qkal və ya64,4%-i elektrik enerjisi ilə işləyən qazanxanalarda istehsaledilib.

2024-cü ildə istehlakçı qrupları üzrə 19 730 minmanat dəyərində xidmət göstərilib. Bu xidmətlərin17919,9 min manatı və ya 90,8 %-i istiliktəchizatı xidmətləri, 1242,6 min manatı və ya 6,3%-i isti su təchizatı xidmətləri, 567,6 min manatıvə ya 2,9 %-i xidmət müqavilələri üzrə olub. 2023-cü illəmüqayisədə xidmətin həcmi 2322,3 min manat və ya13,3 % artıb.

İstehlakçı qrupları üzrə yığım faizi büdcədən maliyyələşəntəşkilatlar üzrə 101,1 %, digər müəssisə və təşkilatlar üzrə 82,4%, əhali istehlakçıları üzrə 77.9 % təşkil edib.

Seçilən
0
az.trend.az

1Mənbələr