AZ

2024-cü ildə istehlakçılara 319,9 milyon kubmetr içməli su satılıb

Bakı. Trend:

2024-cü ildə istehlakçılara 319,9 mln. kubmetr içməli susatılıb, 208,4 mln. kubmetr həcmində isə tullantı sularınınaxıdılması xidməti göstərilib.

Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, 2023-cü illə müqayisədə su təchizatıxidmətinin həcmi 3 %, kanalizasiya xidmətinin həcmi 5,5 %,göstərilmiş xidmətlərin dəyəri 3,3%, yığım 4,9 % artıb, yığımsəviyyəsi 99.5 % təşkil edib.

Hesabat ilinin əvvəli ilə müqayisədə xidmət göstərilənabonentlərin sayı 40,2 min artaraq 1863,9 min olub, sayğaclaşmasəviyyəsi 0.9 % artaraq 2025-ci il 1 yanvar tarixinə 91,1 % təşkiledib.

Hesabat dövrü ərzində su təchizatı və kanalizasiya sistemlərininfəaliyyətinin təmin olunması üçün mövcud şəbəkələrdə təmir-bərpaişləri çərçivəsində müxtəlif diametrli 88,3 km su xətti, 29,7 kmkanalizasiya xətti quraşdırılıb və ya təmir olunub, 14,8 kmelektrik təchizatı xətti quraşdırılıb, 4,6 km elektrik xətti yenisiilə əvəz olunub və ya əsaslı təmir olunub.

Su anbarlarının iş rejimləri ciddi nəzarətdə saxlanılıb vərejimlərdə operativ qaydada dürüstləşmələr aparılması nəticəsindəhesabat ilinin sonunda 17,8 mlrd. kubmetr su toplanılması mümkünolub ki, bu da 2023-cü ilin sonuna nisbətən (əsasən Mingəçevir suanbarında) 2,8 mlrd. kubmetr çoxdur.

Balaxanı su anbarlar kompleksində (4 ədəd su anbarı) 2 ədəd V=10min kubmetr su anbarlarında işlər tamamlanıb, 1 ədəd V=10 minkubmetr su anbarında işlər 98 % və 1 ədəd V=10 min kubmetr suanbarında işlər 18 % icra olunub. Maştağa su nasos stansiyasındatəmir-bərpa işləri və nasosların quraşdırılması icra olunub, 1 ədədkanalizasiya nasos stansiyasında və 1 ədəd V=10 min kubmetrNardaran su anbarında tikinti-quraşdırma işləri tamamlanıb.

Seçilən
0
az.trend.az

1Mənbələr