AZ

“Ayıb deyil sənə, ay bədbəxt?” – Əməkdar artist KİMƏ SƏSLƏNDİ?

“Yazırlar, sən bizə lazımsan? Get otur evində, get nəvələrinlə oyna…”

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Ruhəngiz Allahverdiyeva “Elgizlə izlə” verilişində deyib.

Sənətçi sosial şəbəkələrdə barəsində yazılan təhqiramiz fikirlərə münasibət bildirərkən deyil. “Feyk” profillərdən ünvanına yazılan təhqiramiz fikirlərdən bezdiyini deyən müğənni bir daha efirə çıxmayacağına söz verib:

“Yazırlar, “sən bizə lazımsan?”, “get otur evində”, “get nəvələrinlə oyna”… Dərdləri ancaq budur. Sizin nəvələriniz, böyükləriniz yoxdur? Niyə onlara sayğı duymursunuz? Pis sözlər yazanlara deyirəm, qabiliyyətiniz, mədəniyyətiniz olsun. Daxiliniz nədirsə, onu da üzə çıxarırsınız? Ayıb deyil? Ay bədbəxtlər, bu hərəkətlər nəyə, kimə lazımdır? Sizin də qohumlarınız var axı… Bəyənmirsən, baxma, kanalı çevir. Saxta profillər açıb yazırsınız. Son efirdir, daha verilişlərə çıxmayacağam”.

Nehru

Seçilən
4
yenicag.az

1Mənbələr