AZ

İsveç məktəblərdə smartfonları qadağan edəcək

BAKI, TurkicWorld

İsveç hökuməti məktəblərdə smartfonları qadağan etmək qərarına gəlib.

TurkicWorld verir ki, İsveçin təhsil naziri Lotta Edholm ibtidai və orta məktəblərdə smartfonların istifadəsinin tam qadağan ediləcəyini açıqlayıb.

Nazirin sözlərinə görə, aparılan elmi araşdırmalar şagirdlərin dərs zamanı cib telefonu olmadan daha yaxşı nəticələr əldə etdiyini göstərib. Smartfonların tələbələrin diqqətini yayındırdığını və imtahan nəticələrinə mənfi təsir etdiyini nəzərə alaraq hökumət bu addımı atıb.

Yeni qaydalara əsasən, şagirdlər sinfə daxil olmazdan əvvəl telefonlarını təhvil verəcək və onlar xüsusi seyflərdə saxlanılacaq. Müəllimlər isə dərs zamanı mobil telefondan istifadə etməyəcəklər.

Qeyd edək ki, İsveçdə məktəblərdə smartfonlara qoyulan bu qadağa 2026-cı il iyulun 1-dən etibarən qüvvəyə minəcək.

Seçilən
13
turkic.world

1Mənbələr