AZ

Emin Əmrullayev: Müəllimlik qürurlu, lakin çətin peşədir

"Müəllim olmaq asan deyil, xüsusilə ümumi təhsil müəssisəsində".

TƏHSİL.BİZ  xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev dünən Xəzər TV-yə müsahibəsində səsləndirib.

O, jurnalistin “Nazir olmasaydınız, müəllim kimi fəaliyyət göstərərdinizmi?” sualına cavab verərkən bildirib ki, müəllimlik, qürurlu, lakin çətin peşədir. İlk növbədə, əsəblərini yaxşı cilovlaya bilən insanlar bu sahədə çalışmalıdır.

"Əsasən, ali təhsil müəssisələrində müəllimlik fəaliyyətim olub. Böyük məmnuniyyətlə müəllimlik fəaliyyəti ilə məşğul olmaq istərdim", - deyə nazir əlavə edib.

 

Seçilən
20
tehsil.biz

1Mənbələr