AZ

Ötən il fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün FHN-ə 20 milyon manatadək vəsait ayrılıb

Bakı. Trend:

2024-cü ilin dövlət büdcəsində fövqəladə halların nəticələrininaradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə nəzərdətutulan 20 mln. manat məbləğində vəsaitdən19977,3 min manatının maliyyələşdirilməsi təminedilib.

Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, tikinti işləri zamanı pozuntularınqarşısının vaxtında alınması və aradan qaldırılması üçün 20 tikintiobyektinə göstəriş, 1,3 min tikinti obyektinə tikinti işlərinindayandırılması və 62 tikinti obyektinə obyektin sökülməsi barədəqərarlar verilib.

Şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyintələblərinin pozulması ilə əlaqədar 267 inzibati xəta haqqındaprotokol tərtib edilib.

Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə 3,4 min layihəsənədi daxil olub, 2,1 min ekspertiza rəyi hazırlanıb, düzəlişolunması üçün 515 layihə iradlarla sifarişçilərə qaytarılıb.

İşğaldan azad edilmiş ərazilərdən 526 layihə sənədi daxil olub,onlardan 222 layihə sənədinə müsbət, 9 layihə sənədinə mənfi rəyhazırlanıb.

Seçilən
2
az.trend.az

1Mənbələr