AZ

Vens ABŞ prezidentinin Polşanın nüvə silahı istəyinə cavabını açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ Prezidenti Donald Tramp Şərqi Avropada nüvə silahlarının yerləşdirilməsi ilə razılaşmayıb".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid (Cey Di) Vens "Fox News" telekanalına müsahibəsində deyib.
O, Polşa Prezidenti Andjey Dudanın ABŞ nüvə silahlarının ölkəsində yerləşdirilməsi çağırışına şərh verib.
"Mən prezidentlə konkret olaraq bu barədə danışmamışam, lakin əgər o, nüvə silahlarının Şərqi Avropaya daha da yayılmasını dəstəkləsəydi, şok olardım", - deyə Vens bildirib.
Vitse-prezident əlavə edib ki, belə qərarlardan gələcək nəsillərin həyatı asılı ola bilər.
Bundan əlavə, Vens hazırda ABŞ-də 40 il ərzində qüvvədə qalan səhv iqtisadi kursun dəyişdirildiyini bildirib. Onun fikrincə, belə bir siyasət dövlətin iqtisadi gücünü dağıdırdı.
Vitse-prezident, həmçinin qeyd edib ki, hazırda ölkənin güclü iqtisadiyyatı var, lakin o, inkişafa ehtiyac duyur və bu ABŞ liderinin məqsədidir.
"Biz inflyasiyanı azaltmalı, sosial xidmətləri və ordunun işini təmin etməli, həmçinin biznesin xaricə, Çin işçilərinə deyil, ABŞ-yə daha çox sərmayə qoymasına məcbur etməliyik", - deyə vitse-prezident bildirib.
Xatırladaq ki, bir gün öncə "Financial Times" qəzeti Polşa liderinin ABŞ-ni ölkədə nüvə silahı yerləşdirməyə çağırdığını bildirib. Duda bu məsələni ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqla müzakirə edib.
Seçilən
10
oxu.az

1Mənbələr