İmişlidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən İmişli rayonunun Yalavac kəndində fəaliyyət göstərən fərdi sahibkar Qafarov Səlahət Cəmil oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.