Bakı. Trend:
Hesabat ilində daxili işlər orqanları tərəfindən həyatakeçirilən əməliyyat-axtarış tədbirləri ilə qanunsuz dövriyyədən2023-cü illə müqayisədə 250 kiloqram çox, yəni 4 ton 714 kiloqramnarkotik vasitə çıxarılıb.
Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, ümumi çəkisi 436 ton 266 kiloqram olannarkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib, 245nəfərdən ibarət 108 cinayətkar qrup və dəstəzərərsizləşdirilib.
İqtisadi fəaliyyət sahəsinə aid cinayətkar qəsdlərə qarşıaparılan mübarizə tədbirləri ilə qeyri-leqal dövriyyədən müxtəlifnominalda 839 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 5.7min ton yeyinti məhsulu və tikinti materialı çıxarılıb.