Bakı. Trend:
“Təhlükəsiz şəhər” layihəsi çərçivəsində respublika üzrə daha508 nöqtədə 1,9 min, o cümlədən işğaldan azad olunmuş ərazilərdə 79nöqtədə 227 videomüşahidə kamerası quraşdırılıb.
Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, hazırda ölkə üzrə ümumilikdə 5.3 minnöqtədə 16.6 min videomüşahidə kamerası (Bakı şəhərində 3.5 minnöqtədə 11.1 min kamera) istismar olunur.
Bununla yanaşı, respublika üzrə 4.7 min üztanıma kamerası (Bakışəhəri üzrə 4,2 min) istismar olunur.
Videomüşahidə vasitələrinin tətbiqi ilə 24,1 min, o cümlədən22,3 min yol- nəqliyyat hadisəsi, 203 ictimai asayişin pozulmasıfaktı, 1,4 min yanğın və digər hadisə müəyyən edilib, axtarışdaolan 141, digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı iləidarə edilən 21 avtomobil müəyyənləşdirilib.