AZ

İlk dəfə Füzulinin anadilli "Divan"ının Bakı nüsxəsi transfoneliterasiya edilib

Ötən il ilk dəfə Füzulinin anadilli "Divan"ının Bakı nüsxəsi transfoneliterasiya edilib.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

“Mətnşünas və mənbəşünaslıq sahəsində ilk dəfə dahi şair Füzulinin anadilli "Divan"ının Bakı nüsxəsi transfoneliterasiya edilib. Məhəmməd Füzulinin əlyazmaları arasında ən qədim nüsxələrdən biri də Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan və 1569-1572-ci illər arasında katib Mahmud bin Davud əl-Ulanyəvi tərəfindən köçürülən Bakı nüsxəsidir. Bu nadir nüsxə UNESCO-nun "Dünya yaddaşı" reyestrinə daxil edilmişdir. Tədqiqatın nəticələri "Füzulinin anadilli "Divan"ı: Bakı nüsxəsi" kitabında əks olunub”, - hesabatda qeyd olunub.

Seçilən
2
1
apa.az

2Mənbələr