AZ

Azad olunmuş ərazilərdə qəbiristanlıqlara torpaqlar ayrılır, dəfn edilənlərin sayı açıqlanıb

Azad olunmuş ərazilərdə qəbiristanlıqlara torpaqlar ayrılır.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki,Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Programı"nın Tədbirlər Planının 2.2.2-ci tədbirinə əsasən 2022-2026-cl illər ərzində müvafiq ərazilər üzrə səhərlərdə və qəsəbələrdə qəbiristanlıqların tikintisi nəzərdə tutulub. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin icrası davam etdirilir. Bildirilib ki, işğaldan azad olunmuş ərazilər üzrə qəbiristanlıqlara Ağdam şəhərində 25,11 ha, Fizuli şəhərində 26 ha, Şuşa şəhərində 5,5 ha torpaq sahəsi ayrılmış və qeyd olunan şəhərlərin Baş Planında təsbit olunmuş, Zəngilan şəhərində 3,9 ha, Cəbrayıl şəhərində 3,5 ha, Qubadlı şəhərində 3,42 ha, Laçın şəhərində 4,33 ha, Kəlbəcər şəhərində 3,5 ha torpağın qeyd olunan məqsəd üçün ayrılması istiqamətində torpaqayırma icraatı davam edir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Ağdam rayonu ərazisində yerləşən Qarağacı qəbiristanlığı (56,86 hektar) üçün müvafiq qaydada müraciət edilib, lakin məsələyə dair Mədəniyyət Nazirliyinin və Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi olduğundan icraat başa çatdırılmayıb.

Nəzərə çatdırılıb ki, işğaldan azad olunmuş ərazilərdə qəbiristanlıqların bərpası və dünyasını dəyişmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurdlarında minalardan təmizlənmiş ərazilərdə dəfn edilməsinə şəraitin yaradılması istiqamətində müvafiq işlər aparılır. Məlumat üçün bildirilib ki, ötən dövrdə Fizuli şəhərində mövcud köhnə qəbiristanlıqda 15 nəfər, Laçın şəhərində 2 nəfər və Şuşa şəhərində 4 nəfər dəfn edilib.

Seçilən
16
10
apa.az

10Mənbələr