AZ

Azərbaycanda emal olunmuş qazın həcmi 3,3 milyard kubmetri ötüb

Bakı. Trend:

Ötən il qaz emalı zavodunda 3,37 milyard kubmetr təbii qaz emaledilib.

Trend bubarədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Məlumata görə, bundan 3,32 milyard kubmetr təmizlənmiş quru qaz,12,2 min ton texniki butan və 26,0 min ton qaz benzini istehsalolunub.

Qaz benzininin bütün həcmi xammal kimi “Azərikimya” İB-yə təchizedilmiş, texniki butan isə bütövlükdə daxili bazarda satışayönəldilib.

Bununla yanaşı, Heydər Əliyev adına Neft Emalı Zavodunda 2024-cüildə 5, milyon ton xam neft emal olunaraq 1,2 milyon ton avtomobilbenzini, 590,3 min ton reaktiv mühərrik yanacağı, 2,06 milyon tondizel yanacağı, 12 min ton sürtkü yağları, 178,2 min ton maye qaz,265,0 min ton bitum, 183,4 min ton koks və digər məhsullar istehsalolunub.

Həyata keçirilmiş tədbirlər nəticəsində neft emalının dərinliyi97,5% təşkil edib, əmtəəlik neft məhsullarının 90%-i daxili bazara,qalan 10%-i isə ixraca yönəldilib. Neft məhsullarının ixracındandaxil olan vəsait 273,6 mln. ABŞ dolları, daxili satışından isə4735,3 mln. manat təşkil edib.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr