Bakı. Trend:
2024-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləməəməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumlarıtərəfindən ümumilikdə 62023,9 ha ərazidə təmizləmə əməliyyatlarıicra edilib, həmin ərazilərdə 65 821 ədəd mina və digər hərbisursat aşkar edilərək zərərsizləşdirilib.
Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, 2024-cü ildə həyata keçirilmişminatəmizləmə əməliyyatlarının 9507 hektarı Ağdam, 11173 hektarıCəbrayıl, 8881,4 hektarı Füzuli, 5994,4 hektarı Kəlbəcər, 7747,5hektarı Zəngilan, 5864,7 hektarı Laçın, 2150,3 hektarı Xocavənd,1039,4 hektarı Tərtər, 1650,1 hektarı Xocalı, 6911,6 hektarıQubadlı, 261,8 hektarı Şuşa, 842,7 hektarı isə digər rayonlarınərazisində icra edilib.
2024-cü ildə 102, 112, 805 xidməti zəng mərkəzlərinə daxil olmuşsorğular əsasında Agentlik tərəfindən işğaldan azad edilmişərazilərlə yanaşı, ölkənin digər rayon və şəhərlərində (Ağstafa,Bərdə, Goranboy, Göygöl, Naftalan, Qazax, Samux, Şəmkir, Tovuz,Yevlax, Gəncə, Ağcabədi, Ağdaş, Gədəbəy, Qəbələ, Zərdab) 5,9 minədəd mina və digər hərbi sursat aşkar olunaraqzərərsizləşdirilib.
Havadan tədqiq olunaraq qiymətləndirilmiş və ya faktiki əkinişləri aparılmış ərazilərdə qeyri-texniki və texniki tədqiqataparılmaqla, habelə qısaltma və ləğvetmə metodundan istifadəedilməklə Agentlik tərəfindən 2024-cü ildə 13871,7 ha ərazitəhlükədən azad edilib.
2024-cü il ərzində mülki şəxslər arasında 36 nəfər (5 nəfərhəlak olub, 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb), hərbiqulluqçular arasında 5 nəfər (5 nəfər müxtəlif dərəcəli xəsarətalıb) mina qurbanı qeydə alınıb.