Hökumət Milli Məclisdə hesabat verir.
"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov hesabatı təqdim edir.
Məlumata görə, parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti müzakirə ediləcək.
Onun sözlərinə görə, belə bir hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa əhəmiyyətli fayda verir:
"Hökumətin gördüyü işləri və əsas vəzifələri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və dəqiqləşdirməyə şərait yaradır".