AZ

Bakı-Quba yolunda AĞIR QƏZA - Yanacağı bitən yük maşını qəzaya düşdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün saat 05:30-da Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 121-ci kilometrliyində ağır qəza baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında qeyd edib.
O bildirib ki, Əbil Mirzəyevin idarə etdiyi "Mercedes Axor" markalı yük avtomobili ilə yanacağın bitməsi səbəbindən yolun sağ zolağında dayanan, Mahir Cəbrayılov idarə etdiyi "KamAZ" markalı maşını toqquşub.
Qəza nəticəsində avtomobillərə ziyan dəyib, ölən və xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova
Seçilən
17
2
oxu.az

3Mənbələr