“2024-də ÜDM artımı həm neft, həm də qeyri-neft hesabına əldə edilmişdir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında spiker Sahibə Qafarova deyib.
“Yaşıl iqtisadiyyatın inkişafı naminə tədbirlər keçirilmişdir. Valyuta ehtiyatları 72 milyard dollara çatmışdır. 5500-ə yaxın insanın doğma yurdlarına köçməsi təmin edilmişdir. Dövlət büdcəsinin gəlirləri proqnozda 5.5 faiz, yəni 774 milyon manat çox icra olunmuşdur. Prezident də demişdi, tarix ərzində bu qədər büdcə olmayıb. Azərbaycan dinamik inkişaf yolunda bundan sonra da inamla addımlayacaqdır”.
Firuzə Əliyeva