AZ

Paşinyan: Türkiyə ilə münasibətlərin normallaşması zaman məsələsidir

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması zaman məsələsidir. Bunu martın 13-də Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda türkiyəli jurnalistlərlə söhbətində deyib.

Məlumatı “İzvestiya.ru” verib.  

“Normallaşdırma daha üç ay, altı ay və ya bir il gecikə bilər. Amma bu gün hesab edirəm ki, bu, yalnız zaman məsələsidir və biz bu prosesdə səbirli olmalıyıq. CNN Türk onun sözlərindən sitat gətirib: “Biz ilk növbədə “zərər vermə” prinsipini qəbul etməliyik”.

Paşinyanın qeyd etdiyi kimi, hazırda ölkələr arasında birbaşa dialoq gedir və nümayəndələr daimi təmasdadır. O, Ermənistan nümayəndə heyətinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir neçə dəfə görüşdüyünü, xarici işlər, təhsil, mədəniyyət və idman nazirləri arasında telefon danışıqlarının aparıldığını vurğulayıb. Həmçinin, onun sözlərinə görə, Ermənistan bu yaxınlarda iki təqsirləndirilən şəxsi Türkiyəyə ekstradisiya edib.

 

P.ƏMİRCANOV

XQ

Seçilən
6
xalqqazeti.az

1Mənbələr