AZ

Bu il qəzalı binalarla bağlı problemlərin həlli üçün 50 mln. manat ayrılacaq

Qəzalı binalarla bağlı problemlərin həlli, o cümlədən, inventarizasiya və mənzil köçürülməsi işləri aparılıb.

APA-nın xəbərinə görə, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatını təqdimatı zamanı Baş nazir Əli Əsədov bildirib.

“Bu istiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 mln. manat vəsait nəzərdə tutulub. Ümumiyyətlə qeyd edim ki, 2024-cü ildə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın məbləği ümumi investisiyanın 72,4%-ni təşkil edərək 15,5 mlrd. manat olub” - deyə Baş nazir bildirib.

Seçilən
10
6
apa.az

8Mənbələr