Bakı. Trend:
“AzerGold” QSC tərəfindən 2024-cü ildə Çovdar, Tülallarmədənlərində əvvəlki ilə nisbətdə 11,0% çox olmaqla 2,2 min kq(70,7 min unsiya) qızıl və 2,8 min kq (90,4 min unsiya) gümüş,ümumilikdə 2017-2024-cü illər ərzində isə 14,1 min kq (453,6 minunsiya) qızıl və 28,4 min kq (915,8 min unsiya) gümüş hasilatıhəyata keçirilib.
Trend bubarədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabata istinadən xəbər verir.
Məlumata görə, qiymətli metalların beynəlxalq və daxilibazarlarda satışından 306,7 milyard manat (əvvəlki ilə nisbətən45,3% çox) vəsait daxil olub. Cəmiyyətin fəaliyyətə başladığıdövrdən (2017-2024-cü illər) isə ümumilikdə qiymətlilərinsatışından 1,5 milyard manat vəsait daxil olub.
Ümumilikdə qiymətli metalların daxili bazarda satışından 23,3mln. manat gəlir əldə edilib.
Qeyd edək ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci iltarixli 1047 nömrəli Sərəncamına uyğun olaraq təsis edilib, 5 iyul2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətəbaşlayıb.
“AzerGold” QSC əlvan və qara metal filizi yataqlarınınöyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarəolunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini,maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəliistifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləriyerinə yetirir.