AZ

Ötən il 4 minədək müəllimin əmək müqavilələrinə xitam verilib

Bakı. Trend:

2024-cü ildə təkrar sertifikatlaşdırmada keçid balını toplayabilməyən, həmçinin imtahanda iştirak etməyən 4 minədək müəllimləbağlanılmış əmək müqavilələrinə xitam verilib.

Trend xəbər verir ki, bubarədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasındamüzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyətihaqqında hesabatda öz əksini tapıb.

Bildirilib ki, 2024-cü ildə test imtahanı mərhələsində keçidbalını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrarsertifikatlaşdırma imtahanında 7,3 min müəllim iştirak edib,onlardan 3,4 min nəfər uğur qazanıbr. Təkrar sertifikatlaşdırmadakeçid balını toplaya bilməyən, həmçinin imtahanda iştirak etməyən 4minədək müəllimlə bağlanılmış əmək müqavilələrinə əməkqanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.

Eyni zamanda hesabat dövründə 24,1 min nəfər sertifikatlaşmayacəlb edilib, imtahanların nəticələrinə əsasən 20,2 min nəfər uğurqazanıb. Ümumilikdə, 2024-cü ildə sertifikatlaşdırmadan keçmiş 23,5min nəfərdən 9 min nəfərin (38%) vəzifə maaşına 35%, 14,5 minnəfərin (62%) vəzifə maaşına isə 10% əlavələr edilib.

Seçilən
5
az.trend.az

1Mənbələr