Son illər ərzində mikromobillik vasitələrinin (velosiped, skuter və s.) inkişafı şəhər nəqliyyatının yüngülləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük təsir göstərir.
"Balans" İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev QHT.az-a verdiyi açıqlamada mikromobillərin istifadəsinin çox böyük müsbət effekt verdiyini vurğulayıb. O, bu vasitələrin geniş yayılmasının nəqliyyat sistemini daha çevik və ekoloji dostu edəcəyini bildirib. QHT sədri qeyd edib ki, Azərbaycanda son illərdə mikromobillərin inkişafına və istifadəsinə artan diqqət nəticəsində yol infrastrukturları yenidən qurulub, bu nəqliyyat vasitələri üçün xüsusi yollar salınıb və işarələnmələr həyata keçirilib:
"Qeyd etmək lazımdır ki, mikromobilliyin inkişafı həm iqtisadi cəhətdən və həm də ekoloji cəhətdən çox səmərəlidir, həmçinin mikromobillərdən istifadə ictimai nəqliyyatın inkişafına da müsbət təsir göstərəcək. Odur ki, mikromobilliyin inkişafı üçün xüsusi hazırlanmış proqramların tətbiqinə ehtiyac vardır".
Pərvanə Fərhadqızı