Abşeronda 67 yaşlı qadın dəm qazından boğulub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Bənövşə İbrahimova hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info