“İnter Mayami” KONKAKAF Çempionlar Liqasının 1/8 final mərhələsində “Kavalyers”lə cavab qarşılaşmasına çıxıb.
Fanat.Az xəbər verir ki, görüş Lionel Messi və bir çox ulduzların çıxış etdiyi mayamililərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandada hərəyə bir qolu Luis Suares və Lionel Messi vurub.
Beləliklə, ilk oyunda da eyni hesabla qalib gələn sözügedən komanda 1/4 finala adlayıb. "İnter Mayami"nin növbəti rəqibi Amerika MLS-nin digər təmsilçisi "Los Anceles" olacaq. Tərəflər arasında 1/4-in ilk oyunu aprelin 3-də, cavab görüşü bir həftə sonra baş tutacaq.