Avropa İttifaqı (Aİ) daha güclü hərbi potensial qurmaq üçün müdafiə sənayesinə yatırımları artırmaq məqsədilə genişmiqyaslı layihə hazırlayır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Bildirilir ki, layihənin əsas məqsədi Ukraynaya dəstək vermək və Rusiyanı cilovlamaqdır.
Məhz ABŞ-nin Avropanın təhlükəsizliyində rolunu azaltmaq istəməsi Avropa İttifaqını böyük məsuliyyət qarşısında qoyur.
Qeyd olunur ki, Avropanın təhlükəsizliyinə dair “Ağ kitab” layihəsi Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyu və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas tərəfindən hazırlanıb. Gələn həftə Aİ liderlərinə təqdim olunacaq.
Yeni strategiyanın əsas məqsədləri Aİ ölkələrində və müttəfiq ölkələrdə hərbi istehsalın artırılması, silah və hərbi texnikanın birgə alınması, müdafiə layihələrinin maliyyələşdirilməsinin asanlaşdırılmasıdır.
Aİ müdafiə sənayesini gücləndirmək üçün ilk növbədə Avropada istehsal olunan silah və texnikanın alınmasını təşviq edəcək. Daha sonra ümumi silah tədarükü həyata keçirilməli və Avropa bazarının parçalanmasının qarşısı alınmalıdır.
Sənəddə Avropanın müdafiəsinə yönələcək 7 əsas investisiya sahəsi müəyyən edilib:
"Ağ kitab"da vurğulanır ki, Rusiya Aİ üçün ciddi təhlükə yaradır və Avropa Ukraynada sülh əldə edildikdən sonra da Moskvaya qarşı siyasətini davam etdirmək niyyətindədir. Hazırda isə Brüsselin əsas prioriteti Kiyevə hərbi yardımı artırmaqdır.
“ABŞ hərbi yardımını dayandırdığı bir vaxtda, Ukrayna əlavə dəstək olmadan ədalətli və dayanıqlı sülh üçün danışıqlar apara bilməz”, - sənəddə bildirilir.
Bundan əlavə, Avropa artıq təhlükəsizlik məsələsində ABŞ-dən asılı qalmağın riskli olduğunu anlayır və NATO-nun gücləndirilməsində daha aktiv rol oynamalıdır.
Aİ-nin yeni strategiyası çərçivəsində Ukraynaya yardımın əsas istiqamətləri isə bunlardır:
Məhz Avropa Komissiyası bazardan kapital cəlb edəcək və üzv ölkələrə birgə silah almaq şərti ilə bu pulu kredit kimi təqdim edəcək və bu vəsait əsasən Aİ daxilində hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün silah istehsalına xərclənəcək.
Aİ ölkələri hərbi xərclərini 1,5 % artıraraq əlavə 650 milyard avroluq müdafiə büdcəsi formalaşdırmağı hədəfləyir.