Bakı. Trend:
Ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssastəbəqədən olan digər şəxslərə verilmişdir, habelə 93 avtomobilmüharibə əlillərinə təqdim edilib.
Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilənplenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyətihaqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.
O bildirib ki, əhalinin mənzilə olan tələbatının ödənilməsi vəvətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100mln. manat vəsait ayrılıb.
“Qəzalı binalarla bağlı problemlərin həlli, o cümlədəninventarizasiya və mənzil köçürülməsi işləri aparılmışdır. Buistiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 mln. manat vəsaitnəzərdə tutulub. 2024-cü ildə tikinti-quraşdırma işlərində istifadəedilmiş investisiyanın məbləği ümumi investisiyanın 72,4%-ni təşkiledərək 15,5 mlrd. manat olub”, - deyə Ə.Əsədov qeyd edib.