AZ

Rusiya Ukraynadan neçə uşaq qaçırıb? - Şok rəqəm açıqlandı

Ukrayna ATƏT-i 19 546 ukraynalı uşağın Rusiya tərəfindən qeyri-qanuni deportasiyasına, eləcə də Rusiyanın təcavüzünün qurbanı olmuş daha 1700 uşağın itkin düşməsinə diqqət çəkməyə çağırır. Kiyev bu uşaqların qaytarılması prosesində beynəlxalq təşkilatların fəal iştirakını tələb edir.

Publika.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Yuri Vitrenko ATƏT-in Daimi Şurasının iclasında deyib.

Vitrenko qeyd edib ki, bu hərəkətlər beynəlxalq normaları pozur və Kremlin Ukrayna xalqına qarşı məqsədyönlü soyqırımı siyasətidir.

"Ukraynalı uşaqların qanunsuz deportasiyası və zorla ruslaşdırılması Kremlin Ukrayna xalqına qarşı soyqırım siyasətinin bir hissəsidir. Ukrayna heç vaxt bu məsələdə güzəştə getməyəcək", - Yuri Vitrenko vurğulayıb.

O, beynəlxalq ictimaiyyətin bu məsələyə cəlb edilməsinin vacibliyinə diqqət çəkib və ATƏT-i uşaqların geri qaytarılması və onların Ukraynaya yenidən inteqrasiyası üçün daha fəal addımlar atmağa çağırıb.

Seçilən
1
publika.az

1Mənbələr