AZ

Azərbaycanda təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı AÇIQLANDI

Bakı. Trend:

Hazırda ölkənin ali və orta ixtisas təhsili müəssisələrindədünyanın 105 ölkəsindən 11 minə yaxın əcnəbi və vətəndaşlığıolmayan şəxs təhsil alır.

Trend xəbər verir ki, bubarədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasındamüzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyətihaqqında hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, Heydər Əliyev adına Beynəlxalq təhsil qrantıproqramına 2024/2025-ci tədris ili üzrə 47 ölkədən yüzlərlə namizədmüraciət edib, 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiqgörülüb.

“Seçilmiş namizədlərin əksəriyyəti Bakı Dövlət, Tibb, DövlətNeft və Sənaye və Bakı Mühəndislik universitetləri olmaqla, 10 alitəhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.

Əcnəbilərin Azərbaycanda təhsil alma imkanlarınıngenişləndirilməsi istiqamətində portal.edu.az sistemi vasitəsiləmərkəzləşmiş e-müraciət xidməti istifadəyə verilib, xidmətinrəqəmsallaşdırılması bu prosesin əlçatanlığını artırıb, əcnəbi vəvətəndaşlığı olmayan şəxslərin ali və orta ixtisas təhsilmüəssisələrinə müraciətində artım müşahidə edilib. Belə ki,2022/2023-cü tədris ilində 5,3 min, 2023/2024-cü və 2024/2025-citədris ilində isə 6,7 min müraciət qeydə alınıb.

Hazırda ölkənin ali və orta ixtisas təhsili müəssisələrindədünyanın 105 ölkəsindən 11 minə yaxın əcnəbi və vətəndaşlığıolmayan şəxs təhsil alır ki, bu da əvvəlki tədris ilinə nisbətdə10% çoxdur. Tələbələr əsasən Türkiyə, Pakistan, İran, Gürcüstan,Rusiya, Hindistan, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələritəmsil edirlər”,- deyə məlumatda bildirilib.

Əlavə olaraq 2018-2023-cü illər ərzində İslam ƏməkdaşlıqTəşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçünayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsilmüəssisələrində əcnəbi tələbələr təhsil almaq hüququ qazanmışlar.Həmin təhsil qrantı proqramları çərçivəsində 50-yə yaxın ölkədən70-ə yaxın tələbə təhsillərini yerli ali təhsil müəssisələrindədavam etdiriblər.

Seçilən
4
az.trend.az

1Mənbələr