AZ

Azarkeşlərdən və komanda yoldaşlarından üzr istədi

style='margin-bottom:10px;'>

"Roma"nın mərkəz müdafiəçisi Mats Hummels Avropa Liqasında mübarizəni dayandırmaqları haqda danışıb.

QOL.az xəbər verir ki, İtaliya təmsilçisi ötən gecə 1/8 finalda "Atletik"ə uduzub - 1:3. "Roma" ilk oyunda qalib gəlsə də (2:1), ümumi hesabda məğlub olub - 3:4. 

Sözügedən cavab qarşılaşmasının 11-ci dəqiqəsində Hummels qırmızı vərəqə alıb.

O, oyundan sonra açıqlamasında komandasını azlıqda qoyduğuna görə azarkeşlərdən üzr istəyib: 

"Roma" azarkeşlərindən və komanda yoldaşlarımdan üzr istəyirəm. Bu gün mən öz axmaq və dəhşətli səhvimlə hamınızı məyus etdim. Komandamız turnirin qalibi olacağına ümid edirdi. Amma mənə görə arzularımızla vidalaşmalı olduq. Nə deyəcəyimi bilmirəm. Hamınız kimi mən də məyus oldum".

Seçilən
16
teleqraf.com

1Mənbələr