AZ

Bu dairədə qaydalar dəyişdi: Yol verməyənlər cərimələnir- VİDEO

Bakıda yol hərəkətinin təşkilinə dəyişiklik edilməsi ilə bağlı sürücülərdən biri sosial şəbəkədə videogörüntü paylaşıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Sabunçu rayonu ərazisindəki dairədən gedir.

Belə ki, əvvəllər Rüstəm Rüstəmov və Ramiz Qəmbərov küçələrinin kəsişməsindəki dairədə 4.3 dairəvi hərəkəti bildirən nişan olmadığı üçün, sürücülər sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verərək hərəkət edirdilər. İndi həmin dairə ilə kəsişən bütün istiqamətlərə 4.3 nişanı quraşdırılıb. Bu səbəbdən dairəyə daxil olan sürücülər yol verdikdən sonra hərəkət edə bilərlər. Əks halda, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə tətbiq oluna bilər.

 

Fərid

Seçilən
7
avtosfer.az

1Mənbələr