AZ

Tariflər xərc artımlarına səbəb ola bilər - Tesla

Bakı, TurkicWorld

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla, ABŞ-ın ticarət tariflərinə cavab olaraq digər ölkələrin mümkün addımlarının şirkət üçün əlavə xərclər yarada biləcəyini bildirib.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, Tesla ABŞ Ticarət Nümayəndəliyinə (USTR) göndərdiyi məktubda ədalətsiz ticarət praktikalarına qarşı tədbirləri dəstəklədiyini qeyd etsə də, digər ölkələrin cavab tədbirlərinin ABŞ şirkətlərinin beynəlxalq bazarda rəqabət qabiliyyətini zəiflədə biləcəyinə diqqət çəkib.

Məktubda vurğulanıb ki, keçmişdə ABŞ-ın ticarət tədbirləri bəzi ölkələrin elektrikli nəqliyyat vasitələrinə tarifləri artırmasına səbəb olub. Bu isə Tesla-nın ABŞ-da istehsal etdiyi avtomobillərin maya dəyərinin artmasına və ixrac xərclərinin yüksəlməsinə gətirib çıxarıb.

Şirkət USTR-yə gələcək ticarət siyasətlərində bu mənfi təsirlərin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb. Tesla bildirib ki, "ticarət tədbirləri yerli istehsalın genişləndirilməsi və dəstəklənməsi məqsədlərinə zidd olmamalıdır".

Seçilən
17
turkic.world

1Mənbələr