Bakı. Trend:
Hesabat dövründə dövlət tərəfindən maliyyələşdirilən 11 ikilidiplom proqramının proqram akkreditasiya qiymətləndirilməsi, habelə11 ali təhsil müəssisəsində institusional, 14 ali təhsilmüəssisəsində isə ibtidai sinif müəllimliyi ixtisaslarının proqramakkreditasiyası, habelə 4 peşə təhsili müəssisəsində institusionalakkreditasiya həyata keçirilib.
Trend xəbər verir ki, bubarədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasındamüzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyətihaqqında hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, hesabat dövrü ərzində xarici kvalifikasiyalarıntanınması ilə bağlı 6 min müraciət üzrə ekspertiza keçirilib, 4,9min müraciət üzrə müsbət rəy verilib və onlara xaricdə əldə olunankvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdimolunub.
“ Digər müraciətlər üzrə mənfi rəy verilmiş və bu barədəqərarlar qəbul edilib. Xarici kvalifikasiyaların tanınması üzrə ənçox müraciət olunan ölkələr Rusiya (1841), Türkiyə (1616), Ukrayna(1377), Gürcüstan (296), Birləşmiş Krallıq (189), ən çox müraciətolunan ali təhsil müəssisələri isə İ.M.Seçenov adına Birinci MoskvaDövlət Tibb Universiteti (127), Ukrayna Milli Mülki MüdafiəUniversiteti (119), Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti(103), İstanbul Universiteti (90), S.Kuznets adına Xarkov Milliİqtisad Universiteti (87) olub”,- deyə məlumatda bildirilib.
Əlavə olaraq qeyd edilib ki, 2024-cü il ərzində TəhsildəKeyfiyyət Təminatı Agentliyi tərəfindən 6 yeni peşə ixtisası üzrəqiymətləndirmə və tanınma həyata keçirilib, qeyri-formal vəinformal təhsil üzrə qiymətləndirmə və tanınması həyata keçirilənpeşə ixtisaslarının sayı 20-dən 26-ya çatdırılıb. İl ərzindəümumilikdə 240 ərizəçi biliklərin qiymətləndirilməsi mərhələsinəcəlb edilib, onlardan 192-si məqbul hesab edilərək ikinci mərhələyəkeçib.