Şou-biznes nümayəndələrinin süni intellekt vasitəsi ilə uşaqlıq fotoları hazırlanıb.
OLAY yazır ki, məşhurlar arasında Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Faiq Ağayev, müğənnilər Xatirə İslam, Sevda Yahyayeva, Azərbaycana 2011-ci ildə "Avroviziya” sevinci yaşadan Eldar Qasımov, aktyor Nicat Rəhimov, aparıcılar İlkin Həsəni və Şəhriyar Əbilov yer alıb.
Şəkillərin müəllifi qrafist və dizayner Mirmehdi Seyidzadədir.








