AZ

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olacaq?

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı danışıqlar aparılır.

Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda ÜTT-yə üzvlük istiqamətində koordinasiya işlərinin davam etdiyi bildirilib.

Qeyd olunub ki, 26-29 fevralda Əbu-Dabidə ÜTT-nin 13-cü nazirlər konfransında, təşkilata üzvlük üzrə "Çinin 12-ci Dəyirmi Masası"nda iştirak edilib, 6 iyun tarixində ÜTT baş direktoru Nqozi Okonco-İvealanın ölkəmizə səfəri təşkil olunub və o, daha sonra COP29-da iştirak edib.

Xatırladılıb ki, ÜTT-yə üzvlük üzrə İşçi Qrupun 16-cı iclası baş tutub.

Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatı 1995-ci ildə yaradılıb. Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Hazırda ÜTT-nin 166 üzvü var. Azərbaycanın ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət 1997-ci ildə ÜTT Katibliyinə təqdim edilmiş və 16 iyul 1997-ci ildə Azərbaycan üzrə ÜTT katibliyində İşçi Qrup yaradılmışdır. ÜTT-yə üzvlüklə bağlı çoxtərəfli danışıqlar qeyd edilən İşçi Qrupu çərçivəsində aparılır. İşçi Qrupunun 1-ci iclası 2002-ci ildə Cenevrədə təşkil olunub.

Mərahim Nəsib

Mənbə: oxu.az

Seçilən
1
2
oxu.az

3Mənbələr