
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, ATƏT-in əsas problemlərinin NATO ölkələri tərəfindən təşkilatın işinin və əsas prinsiplərinin məhv edilməsi olduğunu bildirib. “Ulusum”.az xarici mətbuata istinadən xəbər verir ki, Zaxarova, bu dövlətləri "aqressiv qlobal azlıq" adlandırıb və onların ATƏT-i dərin böhrana sürüklədiklərini vurğulayıb. Onun sözlərinə görə, NATO və Avropa İttifaqı, ATƏT-in ilkin məqsədlərini kobud şəkildə pozur və təşkilatın konsensus əsaslı fəaliyyətini təhrif edir.Zaxarova, həmçinin ATƏT-in baş katibi Feridun Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyətinə, Ukrayna Silahlı Qüvvələrinin Moskva vilayətində həyata keçirdiyi pilotsuz uçan aparat hücumunun nəticələrini nümayiş etdirməsinin vacibliyini qeyd edib. O, belə bir təqdimatla, ATƏT Katibliyinin bu məsələdən xəbərsiz olduğunu iddia etməsinin mümkünsüz olacağını bildirib.
Diqqət Çəkənlər
VIII Edvardın taxtdan imtina səbəbi
NK: Taksilərdə əlavə ödəniş tələbi qadağan edildi
Ərdoğan: Türkiyə Sülh və Ədalət Yolunda Qətiyyətlidir