Bakı. Trend:
Əsas vəzifələrdən olan ölkədə ərzaq təhlükəsizliyinin təminedilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması(özünütəminetmə səviyyəsinin yüksəldilməsi) və qiymətlərin stabilsaxlanılması məqsədilə müvafiq dəstək tədbirləri həyata keçirilib.Kənd təsərrüfatı sahəsində dövlət büdcəsinin vəsaiti hesabınaməhsul istehsalçılarına subsidiyaların verilməsi və digərgüzəştlərin tətbiqi davam etdirilib.
Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilənplenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyətihaqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.
O bildirib ki, ötən il ərzaq təhlükəsizliyinin təmin edilməsiilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487,4 mln. manatvəsait ayrılıb.
“Təbii olaraq kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçünvacib olan su problemlərinin həlli, torpaq ekosisteminin mühafizəsihökumət qarşısında duran mühüm çağırışlardan biridir”, - deyəƏ.Əsədov qeyd edib.