Xəbər verdiyimiz kimi, Avropa Liqasında 1/4 finalçılar müəyyənləşib.
1/8 finalın dünən keçirilən cavab oyunlarından sonra "Tottenhem" (İngiltərə), “Ayntraxt" (Almaniya), Reyncers" (Şotlandiya), “Atletik" (İspaniya), “Budo Qlimt" (Norveç) , “Latsio" (İtaliya), Lion" (Fransa) və “Mançester Yunayted" (İngiltərə) növbəti mərhələyə adlayıb.
QOL.az-ın xəbərinə görə, bu 8 komandadan 3-ü bu mövsüm Avroliqanın Liqa mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi olub. Söhbət “Tottenhem”, “Lion” və “Budo Qlimt”dən gedir.
Ağdam təmsilçisi “Tottenhem” və “Lion”a uduzmuş (müvafiq olaraq 0:3, 1:4), “Budo Qlimt”ə isə səfərdə qalib gəlmişdi (2:1).
Qeyd edək ki, 1/4 finalda bu cütlüklər qarşılaşacaq:
"Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Almaniya)
"Reyncers" (Şotlandiya) - "Atletik" (İspaniya)
"Budo Qlimt" (Norveç) - "Latsio" (İtaliya)
"Lion" (Fransa) - "Mançester Yunayted" (İngiltərə)
1/4 finalın ilk oyunları aprelin 10-da, cavab matçları isə aprelin 17-də keçiriləcək.