“HAMAS hakimiyyətdə qalsa, bizi hədəfə almağa davam edəcək”.
APA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan "Sülhə doğru" adlı panel müzakirəsində İsrailin keçmiş xarici işlər naziri Tsipi Livni bildirib.
O qeyd edib ki, HAMAS hakimiyyətdədir və iki dövlətli həllə qarşıdır: “HAMAS çox sadə prinsiplər cavab verməli idi: Zorakılığı və İsrailə hücumları dayandırmaq. HAMAS isə fələstinlilərin əvəzinə qərar verdi və İsrailə qarşı hücum etdi.”
Tsii Livni HAMAS-ın rejim olaraq qalmalı olmadığın vurğulayıb: “HAMAS hakimiyyətdə qalıb özün gücləndirsə, və beləliklə beynəlxalq hakimiyyətdən yardım alıb öz zoraki fəaliyyətinə davam edəcək və bizi hədəfə alacaq”.