AZ

Pentaqon Panama kanalını ələ keçirmək üçün əməliyyat hazırlayıb

ABŞ ordusu ABŞ prezidenti Donald Trampın administrasiyasının əmri ilə ABŞ-ın Panamada hərbi mövcudluğunu genişləndirmək üçün bir neçə variant, o cümlədən Panama kanalının ələ keçirilməsi əməliyyatı hazırlayıb. Bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı fəaliyyət variantları üzərində işləyir: onların arasında həm Panama ilə hərbi əməkdaşlığın genişləndirilməsi, həm də Atlantik və Sakit okeanlar arasında kanalın güclə ələ keçirilməsinin daha az ehtimal olunan ssenarisi var.

Kanalın həmsöhbətlərinin vurğuladığı kimi, hərbi gücdən istifadə ehtimalı Panama tərəfinin hərbi idarələr vasitəsilə ikitərəfli tərəfdaşlığı dərinləşdirməyə hazır olmasından asılıdır.

Mənbələr qeyd ediblər ki, Tramp administrasiyasının məqsədi Çinin Panama Kanalı Administrasiyası üzərində iddia edilən təsirini azaltmaqdır. Həmsöhbətlərdən birinin sözlərinə görə, ABŞ-ın Cənub Komandanlığının rəhbəri admiral Elvin Holsi bu həftə müdafiə naziri Pit Heqsetə müxtəlif variantların layihələrini artıq təqdim edib. Pentaqon rəhbərinin Panama səfərinin apreldə baş tutacağı gözlənilir. Eyni zamanda, mənbələr ABŞ-ın Panamaya hərbi müdaxilə şansını aşağı hesab etdiklərini vurğulayıblar. Pentaqon və Panama ABŞ-dakı səfirliyi hələlik “NBC” telekanalına bu məlumatı şərh etməyib.

Almaz Həsənli

Seçilən
1
oxumeni.az

1Mənbələr